Dərs hazırlığından qiymətləndirməyə qədər - sual, imtahan, material və tapşırıq işiniz bir yerdə.
Sual bankı
Bir dəfə hazırlayın, illərlə istifadə edin
Suallarınızı fənn və mövzu üzrə toplayın, çətinlik səviyyəsini təyin edin. Hazırladığınız hər sual bankda qalır və istənilən imtahanda yenidən istifadə oluna bilər.
Səkkiz fərqli sual növü - çoxseçimlidən esseyə qədər
Suallara şəkil və riyazi düsturlar əlavə etmək imkanı
Çətinlik səviyyəsinə görə qruplaşdırma
Mövzu və fənn üzrə axtarış
Sualın hər imtahanda tələbələr tərəfindən nə dərəcədə düzgün cavablandırıldığını görmək
Müəllim
İmtahanlar
İmtahanı yaradın, sistem qiymətləndirsin
İmtahanı addım-addım hazırlayın və qruplara təyin edin. Tələbələr onlayn cavablandırır, nəticələr dərhal hesablanır. Yalnız esse və açıq suallar sizin baxışınızı gözləyir.
Sual bankından seçməklə sürətli imtahan hazırlığı
Test suallarının avtomatik yoxlanması
Esse və açıq cavabların müəllim tərəfindən qiymətləndirilməsi
Vaxt limiti və cəhd sayının təyini
Ehtiyac olduqda ayrı-ayrı tələbələrə yenidən cəhd icazəsi
MüəllimTələbə
İmtahan nəzarəti
Onlayn imtahanlarda dürüstlüyün qorunması
İmtahan zamanı şübhəli hərəkətlər qeydə alınır. Hər imtahanın sonunda tələbənin necə cavablandırdığına dair ümumi mənzərə əldə edirsiniz.
İmtahan pəncərəsindən kənara çıxmaların qeydə alınması
Mətn köçürməsinin məhdudlaşdırılması
İmtahan boyunca baş verənlərin vaxt üzrə qeydi
Hər tələbə üçün dürüstlük balı
Lazım olduqda kalkulyator kimi alətlərə icazə verilməsi
Müəllim
Materiallar
Dərs resurslarınız üçün ümumi kitabxana
Təqdimat, qeyd, çalışma vərəqi və video linklərini bir yerə toplayın. Tələbələr onlara aid materialları istənilən vaxt tapa bilir.
Materialların növ və mövzu üzrə təsnifatı
Qrupa və ya ayrıca tələbəyə paylaşım
Tələbələr üçün axtarış imkanı
Vacib materialların önə çıxarılması
MüəllimTələbə
Ev tapşırığı
Tapşırığı verin, cavabları bir yerdə toplayın
Tapşırığı hazırlayıb qrupa və ya ayrıca tələbəyə göndərin. Tələbələr cavablarını yazılı və ya fayl şəklində təqdim edir, siz qiymətləndirib rəy bildirirsiniz.
Qrupa və ya ayrıca tələbəyə tapşırıq təyini
Yazılı cavab və fayl əlavə etmə
Təhvil vaxtının müəyyən edilməsi
Qiymət və müəllim rəyi
Kim təhvil verdi, kim gecikdi - bir baxışda
MüəllimTələbə
Nəticələr
Rəqəmlərin arxasındakı mənzərə
İmtahan və tapşırıq nəticələrini tələbə və qrup üzrə təhlil edin. Hansı sualların çətin gəldiyini və kimin dəstəyə ehtiyacı olduğunu görün.
Hər imtahan üzrə ümumi mənzərə
Tələbənin fərdi inkişaf tarixçəsi
Ən çox səhv edilən sualların müəyyən edilməsi
Balların qrup üzrə paylanması
Nəticələrin valideynlə paylaşılması
MüəllimTələbəValideyn
Statistika
Qərarları rəqəmlərə əsaslanaraq verin
Qruplar, imtahanlar, tapşırıqlar, tələbələr və müəllimlər üzrə müqayisəli göstəricilər. Vaxt keçdikcə nəyin yaxşılaşdığını, nəyin geridə qaldığını izləyin.
Qruplar arasında müqayisə
İmtahan və tapşırıq göstəriciləri
Tələbə fəallığının izlənməsi
Müəllim yükünün müşahidəsi
Dövrlər üzrə dəyişikliklərin izlənməsi
MüəllimTədris mərkəzi
Planlaşdırma
Dərs cədvəlinizi qurun və valideynlərlə əlaqəni fasiləsiz saxlayın.
Cədvəl
Həftəniz göz önündə
Həftəlik dərs cədvəlini qurun. Dərsi ləğv edin, başqa vaxta keçirin və ya əlavə dərs təyin edin - dəyişiklik dərhal tələbə və valideynə çatır.
Həftəlik cədvəlin qurulması
Dərsin ləğvi və başqa vaxta keçirilməsi
Əlavə dərslərin təyini
Eyni vaxta düşən dərslərin qabaqcadan xəbərdarlığı
Tələbə və valideyn üçün cədvələ baxış
MüəllimTələbəValideynTədris mərkəzi
Mesajlar
Valideynlə birbaşa əlaqə
Valideynlərlə yazışmanı platformada aparın. Mesajlar dərhal çatır, fayl paylaşmaq olur, bütün yazışma tarixçəsi bir yerdə qalır.
Valideynlə birbaşa yazışma
Mesajın dərhal çatdırılması
Fayl və şəkil paylaşımı
Mesajın oxunub-oxunmadığını görmək
Yazışma tarixçəsinin saxlanması
MüəllimValideyn
İdarəetmə
Tələbə, valideyn, müəllim və qrupların gündəlik idarə edilməsi.
Davamiyyət
Dərs davamiyyəti bir neçə saniyəyə
Dərsə gələnləri bir toxunuşla qeyd edin, yalnız istisnaları ayrıca göstərin. Aylıq mənzərə həm sizə, həm valideynə açıqdır.
Davamiyyətin sürətli qeydi
Dörd status: iştirak etdi, qayıb, gecikdi, üzrlü
Aylıq davamiyyət mənzərəsi
Davamiyyət faizinin avtomatik hesablanması
Valideynin öz övladının davamiyyətini izləməsi
MüəllimValideynTədris mərkəzi
İcazə sistemi
Bütün icazə sorğuları bir yerdə
Tələbə dərsdən icazə istəyir, valideyn təsdiqləyir, son qərarı müəllim verir. Təsdiqlənən icazə davamiyyətdə avtomatik nəzərə alınır.
Tələbə və ya valideyn tərəfindən sorğunun yaradılması
Valideyn təsdiqi mərhələsi
Müəllimin son qərarı
Təsdiqlənən icazənin davamiyyətə keçməsi
Gözləyən sorğuların diqqətdən qaçmaması
MüəllimTələbəValideyn
Tələbələr
Tələbə bazanız nizamda
Tələbə hesablarını yaradın, məlumatlarını yeniləyin və qruplara təyin edin. Hər tələbənin dərsləri, nəticələri və qeydləri bir profildə toplanır.
Tələbə hesablarının yaradılması və yenilənməsi
Qruplara təyinat
Tələbə haqqında fərdi qeydlər
Valideynlə əlaqələndirmə
Tələbə statusları: aktiv, pauza, ayrıldı, məzun
MüəllimTədris mərkəzi
Valideynlər
Valideyn övladının inkişafını izləyir
Valideyn hesabını yaradın və övladı ilə əlaqələndirin. Valideyn nəticələri, davamiyyəti və cədvəli özü izləyir - hər dəfə soruşmağa ehtiyac qalmır.
Valideyn hesabının yaradılması
Bir neçə övladın bir hesaba bağlanması
Nəticə və davamiyyətə baxış
Dərs cədvəlinin izlənməsi
Müəllimlə birbaşa əlaqə
ValideynTədris mərkəzi
Müəllimlər
Komandanız bir paneldən
Tədris mərkəzinizin müəllim hesablarını yaradın və hər birinin hansı bölmələrlə işləyəcəyini müəyyən edin. Kimin hansı qrupa cavabdeh olduğu həmişə aydındır.
Müəllim hesablarının yaradılması
Fənn və qruplar üzrə təyinat
Bölmələrə giriş icazələrinin müəyyən edilməsi
Müəllim yükünün müşahidəsi
Ayrılan müəllimin qeyd edilməsi
Tədris mərkəzi
Fənlər
Tədris etdiyiniz fənlərin kataloqu
Fənləri bir dəfə təyin edin - imtahanlar, materiallar və tapşırıqlar avtomatik olaraq öz fənni üzrə qruplaşdırılır.
Fənn kataloqunun qurulması
Fənnin müəllimə təyini
Qruplarla əlaqələndirmə
Fənn üzrə axtarış və süzgəc
MüəllimTədris mərkəzi
Qruplar
Hər qrupun öz iş sahəsi
Tələbələri qruplara ayırın. Hər qrupun tələbə siyahısı, cədvəli, davamiyyəti, imtahanları və tapşırıqları öz səhifəsində toplanır.
Qrupların yaradılması və tələbələrin əlavə edilməsi
Qrup üzrə dərs proqramının qurulması
Qrupun cədvəli və davamiyyəti
Qrupa aid imtahan və tapşırıqlar
Qrupun ümumi göstəriciləri
MüəllimTədris mərkəzi
Maliyyə
Kurs haqları və borclar bir baxışda
Qrupa qiymət yazın, aylıq fakturalar avtomatik hazırlansın. Kimin nə qədər borcu olduğunu görün, ödənişi qeyd edin. Valideyn fakturalarını və ödənişlərini öz hesabında görür.
Qrup qiymətləri: aylıq və ya dərs başına
Aylıq fakturaların avtomatik hazırlanması
Borclar və gecikmiş ödənişlər
Ödənişin qeyd edilməsi və ödəniş təsdiqinin çapı
Tələbəyə fərdi güzəşt
Valideyn üçün faktura və ödəniş tarixçəsi
MüəllimValideynTədris mərkəzi
Hansı modullardan istifadə edə bilərəm?
Bütün modullar hər paketə daxildir. Paketlər yalnız tələbə sayı, yaddaş və filial sayı ilə fərqlənir.