Əsas məzmuna keç
Kampus.az
Davamiyyət, imtahan və ödənişlər bir yerdə

Repetitorlar və tədris mərkəzləri üçün hərtərəfli idarəetmə platforması

Tələbələr, qruplar, imtahanlar, ev tapşırıqları, cədvəl, ödənişlər, valideyn əlaqəsi - bir platformada. Kağız jurnal və Excel cədvəllərini unudun.

14 günlük pulsuz sınaq • Bank kartı tələb olunmur

Hər gün vaxt aparan üç iş daha asan olur

Davamiyyət, imtahanlar və valideynlərlə əlaqə tədris mərkəzində ən çox vaxt aparan işlərdir. Kampus.az bunları bir yerə yığır.

Bütün modullara baxın

Davamiyyət bir neçə saniyəyə

Dərsə gələnləri bir toxunuşla qeyd edin. Faiz avtomatik hesablanır, dərs ləğv olunanda və ya vaxtı dəyişəndə tələbə və valideyn dərhal xəbər tutur.

İmtahanı sistem yoxlayır

Sualları bir dəfə hazırlayın, imtahanı onlayn keçirin. Test sualları avtomatik yoxlanır, siz yalnız esse və açıq sualları qiymətləndirirsiniz.

Valideyn soruşmadan bilir

Uşaq dərsə gəlmədikdə valideynə avtomatik bildiriş gedir. Nəticələri, davamiyyəti və cədvəli öz hesabında görür, sizinlə birbaşa yazışır.

Kimlər üçündür?

Kampus.az həm repetitorlar, həm də böyük tədris mərkəzləri üçün hazırlanıb.

Repetitorlar

Tələbələrinizi, qruplarınızı və dərs cədvəlinizi bir yerdən idarə edin.

  • Pulsuz paket
  • Sual bankı və imtahanlar
  • Valideyn əlaqəsi
Repetitorlar üçün ətraflı

Tədris mərkəzləri

Çoxsaylı müəllim və qrupu olan tədris mərkəzləri üçün.

  • Müəllim hesabları
  • Tədris mərkəzi statistikası
  • Mərkəzin loqosu
Tədris mərkəzləri üçün ətraflı

3 addımda başlayın

Proses sadədir, texniki bilik tələb olunmur. Hər şeyi sizinlə birlikdə qururuq.

01

Müraciət göndərin

Repetitor və ya tədris mərkəzi kimi qısa formu doldurun. 24 saat ərzində (iş günləri) sizinlə əlaqə saxlayırıq.

02

Hesabınızı qurun

Müraciət təsdiqləndikdən sonra panelə daxil olun və qruplarınızı, tələbələrinizi, cədvəlinizi əlavə edin.

03

Tədrisi idarə edin

İmtahan keçirin, ev tapşırığı verin, davamiyyəti qeyd edin. Valideynlər soruşmadan hər şeyi görsün.

Qiymət tələbə sayına görədir

Repetitorlar üçün pulsuz paket var, ödənişli paketlər ayda 19 ₼-dan. Tədris mərkəzləri üçün ayda 49 ₼-dan. İllik ödənişdə üç ay pulsuzdur.

Bütün paketlərə baxın

Məlumat və dəstək

Məlumat sizə məxsusdur

Yüklədiyiniz suallar, materiallar və tələbə məlumatları sizindir. Abunəlik bitəndən sonra da 14 gün məlumatlara baxa və ixrac edə bilərsiniz.

Hər kəs yalnız özünə aid olanı görür

Müəllim öz qruplarını, valideyn yalnız öz övladını görür. Əlaqə şifrələnmiş kanalla gedir, şifrələr açıq şəkildə saxlanılmır.

Dəstək

WhatsApp, telefon və ya e-poçtla yazın: iş günlərində 24 saat ərzində cavab veririk.

Bizi seçənlər

Decode AcademyLanguage HillDecode AcademyLanguage HillDecode AcademyLanguage HillDecode AcademyLanguage HillDecode AcademyLanguage HillDecode AcademyLanguage HillDecode AcademyLanguage HillDecode AcademyLanguage Hill

Valideyn və ya tələbəsiniz?

Hesabı tədris mərkəziniz və ya müəlliminiz yaradır. Giriş məlumatlarını onlardan alın və app.kampus.az ünvanından daxil olun.

Hesaba daxil olun

Tez-tez verilən suallar

Sualınızın cavabını tapmadınız? Bizə yazın: kampusazteam@gmail.com

Repetitorlar və tədris mərkəzləri üçün idarəetmə platformasıdır. Sual bankı, onlayn imtahanlar, ev tapşırığı, dərs cədvəli, davamiyyət, ödənişlər və valideyn əlaqəsi - 17 modul bir paneldə toplanıb.

Repetitorlar, tədris mərkəzləri, onların tələbələri və valideynləri. Universitetlər və orta məktəblər üçün nəzərdə tutulmayıb.

Qısa formu doldurun - 24 saat ərzində (iş günləri) sizinlə əlaqə saxlayırıq. Müraciət təsdiqləndikdən sonra qruplarınızı, tələbələrinizi və cədvəlinizi birlikdə sistemə daxil edirik. Texniki bilik tələb olunmur.

Bəli, ödənişli paketlərdə 14 gün. Repetitorlar üçün müddətsiz pulsuz paket də var. Bank kartı tələb olunmur.

Sual bankından imtahan yaradıb qrupa təyin edirsiniz. Tələbələr onlayn cavablandırır, nəticələr dərhal hesablanır, yalnız esse və açıq sualları özünüz yoxlayırsınız. Səkkiz sual növü var, suallara şəkil və riyazi düstur əlavə etmək olur.

İmtahan pəncərəsindən kənara çıxmalar qeydə alınır, mətn köçürməsi məhdudlaşdırılır. Hər tələbə üçün hadisələrin vaxtı ilə qeydini və dürüstlük balını görürsünüz.

Öz övladlarının davamiyyətini, imtahan nəticələrini və dərs cədvəlini özləri izləyirlər, hər dəfə soruşmağa ehtiyac qalmır. Müəllimlə birbaşa yazışa bilirlər. Bir hesaba bir neçə övladı bağlamaq olar.

Bəli. Tələbə və qrup məlumatlarınızı Excel şablonumuzla pulsuz köçürürük. Kağız qeydlərdən və ya qarışıq fayllardan köçürmə birdəfəlik 50–150 ₼-dır.

Xeyr, hər şey brauzerdə işləyir. Telefon və ya kompüterdən app.kampus.az ünvanına daxil olmaq kifayətdir.

WhatsApp, telefon və e-poçt vasitəsilə. Başlanğıc mərhələsində komandamız sizinlə birlikdə işləyir.

Başlamağa hazırsınız?

Bu gün müraciət edin: 14 günlük pulsuz sınaq, sürətli quraşdırma və komandamızın tam dəstəyi.