Əsas məzmuna keç
Kampus.az
Tədris mərkəzləri üçün

Tədris mərkəzinizi peşəkar şəkildə idarə edin

Çoxsaylı müəllim, yüzlərlə tələbə, mürəkkəb cədvəl - hamısı bir platformada. Excel-dən köçürmə pulsuz, təlim daxildir.

Tədris mərkəzinizə xüsusi funksiyalar

Repetitor paketindəki funksiyalara əlavə olaraq.

Komandanızı idarə edin

Müəllim hesablarını yaradın və hər birinin hansı bölmələrlə işləyəcəyini özünüz müəyyən edin.

Dərs cədvəlinin planlaşdırılması

Bütün müəllim və qrupların cədvəlini bir yerdən qurun. Eyni vaxta düşən dərslər barədə sistem əvvəlcədən xəbərdarlıq edir.

Tədris mərkəzi üzrə statistika

Qruplar, imtahanlar və müəllimlər üzrə müqayisəli göstəricilər - qərarları rəqəmlərə əsaslanaraq verin.

Brendlənmə

Tədris mərkəzinizin loqosu ilə fərdiləşdirilmiş görünüş.

Dərs proqramının izlənməsi

Hər qrup üçün dərs proqramını qurun və mövzuların nə qədər əhatə olunduğunu izləyin.

Necə başlayırıq?

Sizi tək buraxmırıq - hər addımda yanınızdayıq.

1. Görüş təyin edin

Müraciət göndərin, komandamız 24 saat ərzində (iş günləri) sizinlə əlaqə saxlayacaq. Mərkəzinizin ehtiyaclarını birlikdə nəzərdən keçiririk.

2. Hesabın qurulması

Komandamız tədris mərkəzinizi, müəllimlərinizi və ilk qruplarınızı sizin üçün qurur.

3. Köçürmə və təlim

Excel şablonumuzla tələbə məlumatlarınızı köçürürük və komandanıza bir saatlıq təlim keçirik.

4. Davamlı dəstək

Suallarınıza komandamız iş günlərində cavab verir. Yeni funksiyaları ilk siz sınayırsınız.

Başlamağa hazırsınız?

Bu gün müraciət edin: 14 günlük pulsuz sınaq, sürətli quraşdırma və komandamızın tam dəstəyi.